Teleradio təkşilatlarının öz proqramlarını hazırlayarkən əməl etməli olduqları ilkin şərtlər və qaydalar toplusu.
Qanunvericilikdə belə proqramlarla bağlı 9 tələb irəli sürülür: maarifçilik və mədəniyyət məsələlərinə üstünlük vermək, habelə proqramların tarazlaşdırılması yolu ilə efirin eynitipli verilişlərlə yüklənməsinin qarşısı almaq; informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərini gözləmək şərti ilə hər kəsin öz fikir və baxışlarını sərbəst şəkildə ifadə etmək hüququna şərait yaratmaq; insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verməmək, şəxslərin hüquq və azadlıqlarına hörmətlə yanaşmaq; faktları və hadisələri ədalətli şərh etmək, birtərəfliliyə yol verməmək; terrorizm, zorakılıq, qəddarlıq, milli, dini və irqi ayrı-seçkiliyi təbliğ etməmək; proqramlarda (verilişlərdə) dövlət dilindən istifadəni təmin etmək; teleradio yayımı sahəsində dövlət texniki standartlarından kənara çıxmamaq; eşitmə qabiliyyəti qüsurlu olanlar üçün tədris və informasiya xarakterli sosial yayımlar təşkil etmək; milli-mənəvi dəyərləri ardıcıl olaraq qorumaq.
Həmçinin bax: