Çox quru, qupquru. □ Taqqanaq çörək.
Həmçinin bax:
1. Taqqıltı səsi çıxartmaq, taq(q) etmək. □ Lap yaxında pəncərələrdən birinin qapısı açılıb taqqıldadı. (M.Hüseyn).
2. Döyülmək, taqqıldadılmaq, taqqıltı səsi çıxmaq. □ Əminə darvazanın taqqıldadığını eşitdi, dərhal da bunun nə ola biləcəyini düşünüb darvazaya cumdu. (Ə.Əbülhəsən).
1. Arxaizm. Boşama, boşanma, nikahı ləğv etmə. □ Məşədi Qulamın talaq məsələsini aralığa qoymaması və hətta o barədə eşitmək belə istəməməsi Cəvahirin ərdən çıxmasını daha artıq çətinləşdirirdi. (T.Ş.Simurq).
2. Arxaizm. Kəbin kəsilərkən kişinin arvada verdiyi kəbin kağızınla qeyd edilən miqdarda məbləğ (pul). □ ..Atası da axund otağında, divanxanalarda kəbin və talaq davası edərdi. (H.Sarabski).