1. Taktikaya aid olan, taktika ilə bağlı olan, döyüşü, vuruşu, ayrıca hərbi əməliyyatı aparmaqla əlaqədar olan. □ Taktik məşğələlər. Taktik üstünlük. Qoşunun taktik keyfiyyəti.
2. Taktika ilə əlaqədar, taktika baxımından edilən. □ Taktik nəticələr. Taktik hərəkət.
Hərbi taktikanı yaxşı bilən, taktika mütəxəssisi.
Azərbaycan dilinin izahlı lüğətiDüşən və ya bir şeyə dəyən bərk şeylərin çıxardığı səsi bildirən təqlidi söz.
"Tağ" sözünün klassik ədəbiyyatda işlənmiş forması.
Dayanma, taqi-səmavi gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla! (C.Cabbarlı)
Azərbaycan dilinin izahlı lüğətiGüc, qüvvət. □ Yoxdur mənim taqətim; Bir belə dərd, qəm çəkim; Sən kimi ay üzlüdən; Mən necə bəs əl çəkim? (Xalq mahnısı).
Həmçinin bax:
1. Hərb. Arxaizm. Rota, eskadron və ya topçu bölməsi və bu cür bölməni təşkil edən əsgər dəstəsi. □ Uzunboylu, sarıbənizli, alagözlü taqım komandiri taqımı fişənglə təchiz edirdi. (H.Nəzərli).
2. Arxaizm. Tam təşkil edən şeylərin toplusu; dəst. □ Xəlilin qoltuğunda bir bağlı yataq taqımı və Əhmədin əllərində bişmiş, polis dairəsinə girdilər. (Y.V.Çəmənzəminli).
3. Arxaizm. “Bir” sözü ilə: bir taqım – bir yığın, bir dəstə. □ ..Şəhərin bir mənzilliyində mənimlə birlikdə gələn bir neçə zəvvarı bir taqım adamlar qarşıladılar. (S.Hüseyn).
4. Arxaizm. “Bir” sözü ilə: bir taqım – bir miqdar, bir qədər, bir sıra, cürbəcür, dürlü-dürlü. □ Hər zaman Zeynal .. bir taqım quru və boş vədlərlə dolandırırdı. (S.Hüseyn).