Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

tağ1 [tağ] isim

Botanika. Qovun, qarpız, xiyar, pomidor və s. bostan bitkilərinin yerlə sürünən kolu. □ Pomidor tağı.

tağ2 [tağ] isim fars

1. Bəzi binaların yarım-dairə şəklində olan damı; qübbə, günbəz. □ Hədsiz səslər bir-birinə qarışıb – hamamın tağlarına düşmüşdü.. (Y.V.Çəmənzəminli).
2. Körpünün iki dayağını birləşdirən qövsşəkilli hörgü.
3. Böyük qapıların adətən qövs şəklində olan üst hissəsi. □ Qəmərin nallarından qopan səs qala qapısının tağına düşüb cingildədi. (Y.V.Çəmənzəminli).
4. Sifət kimi: tavanı bu şəkildə olan; tağlı. □ İçərişəhərdə, yuxarı bazarda, Qoşa karvansaranın altında tağ bir zirzəmi vardı. (H.Sarabski).

tağ3 [tağ] isim

Saçın iki yerə ayrılan yeri; həmin hissələrdən hər biri. □ Əlilə tağını düzəldən zaman; Yaxından duyuldu ayaq səsləri. (M.Müşfiq).

Azərbaycan dilinin izahlı lüğəti