Reklam
Reklam

Все словари

seçmə1 [seçmə] isim

1. Bax: seçmək.
2. Sifət kimi: oxşarları, bənzərləri arasında ən yaxşısı, ən əlası, ən gözəli, ən xoşa gələni; əla, ən yaxşı. □ Seçmə üzük. Seçmə xalça.
3. Sifət kimi: ən hörmətli, ən görkəmli, ən seçilmiş, ən sayılan. □ Toya seçmə adamları çağırmaq. 
4. Biologiya. Canlı təbiətin inkişafı prosesində həyatın dəyişən şəraitinə ən çox uyğunlaşmış orqanizmlərin davam gətirib yaşaması. □ Beləliklə, mühit amilləri şəraiti ilə əlaqədar olaraq seçmə nəticəsində camışlarda tənəffüs (südlük) tipi formalaşmışdır. (A.Ağabəyli). 
5. Seleksiya. 
6. Sifət kimi məcazi mənada: gözəl, xoş, ürəyəyatan. Birinə göz edirdi, bəzisinə gülümsünürdü və kimi- sinə də seçmə bir kompliment deyib nəzərini özünə cəlb edirdi. (Y.V.Çəmənzəminli).

seçmə2 [seçmə] isim

Saçma, qırma. □ Məni oğru bilib seçməni qarnıma doldurar. (Mir Cəlal).

Azərbaycan dilinin izahlı lüğəti