1. Hər hansı bir əlamətinə görə çoxları arasından birini bəyənib ayırmaq, ona üstünlük vermək. □ Zövqünə görə parça seçmək. Qız seçmək.
2. Müəyyən bir şeyə, sənətə, işə və s.-yə daha çox maraq göstərmək, onu daha üstün tutmaq, üstünlük vermək. □ Mühəndis sənətini seçmək. Müəllimliyi seçmək.
3. Yaxşını pisdən ayırd edə bilmək. □ Mey tökərdin, içərdik; Xeyri, şəri seçərdik; Bir əkər, bir biçərdik; Biz qardaş deyilmiyik? (Ə.Cavad).
4. Müəyyən vəzifəni, tapşırığı yerinə yetirmək üçün səsvermə yolu ilə bir və ya bir neçə şəxsə üstünlük vermək. □ Prezidium seçmək. İclasa sədr seçmək. Qurultaya nümayəndələr seçmək.
5. Müəyyən bir işi yerinə yetirmək üçün gün, vaxt, saat ayırmaq, təyin etmək. □ Müzakirə üçün şənbə gününü seçdilər. Seminar üçün həftənin birinci gününü seçdilər.
6. Müəyyənləşdirmək, təyin etmək, ayırd etmək, bir-birindən ayırmaq. □ Açılan güllələrin haradan, kimə atıldığını seçmək də çətin idi. (Mir Cəlal).
7. Məcazi mənada: görə bilmək, görüb fərqləndirmək. □ Uzağı seçmək. Yazını seçə bilmədim.
See also: