1. Saz hala salmaq, düzəltmək, təmir edib işləmək üçün hazır hala salmaq. □ Maşınları sazlamaq.
2. Hazır vəziyyətə gətirmək; qaydaya salmaq, sahmana salmaq, hazırlamaq, qayırmaq. □ Nəbi vurmaq istəmirsə də, amma yenə keçmişi yadına salıb aynalını sazlayır. (“Qaçaq Nəbi”).
3. Təşkil etmək, düzəltmək. □ O vaxt mən görürdüm ki, bu on səkkiz manat qəzetə üçün xüsusi bir mətbəə sazlamağa sərf olunur. (C.Məmmədquluzadə).
Həmçinin bax:
1. Səsvermə nəticəsində üstünlük almaq. □ İclasa sədr seçilmək.
2. Hər hansı xüsusiyyətinə, keyfiyyətinə və s.-yə görə başqalarından fərqlənmək, ayrılmaq. □ Qız ala gözləri ilə rəfiqələrindən seçilirdi.
3. Nəzərə çarpmaq, görünmək. □ Kəndin evləri ağaclar içində güclə seçilirdi. (H.Seyidbəyli).