Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sazlamaq [sazdamax] feil

1. Saz hala salmaq, düzəltmək, təmir edib işləmək üçün hazır hala salmaq. □ Maşınları sazlamaq.

2. Hazır vəziyyətə gətirmək; qaydaya salmaq, sahmana salmaq, hazırlamaq, qayırmaq. □ Nəbi vurmaq istəmirsə də, amma yenə keçmişi yadına salıb aynalını sazlayır. (“Qaçaq Nəbi”). 
3. Təşkil etmək, düzəltmək. □ O vaxt mən görürdüm ki, bu on səkkiz manat qəzetə üçün xüsusi bir mətbəə sazlamağa sərf olunur. (C.Məmmədquluzadə).

Həmçinin bax:

frazeologizm: ara sazlamaq frazeologizm: əl-ayağını sazlamaq Azərbaycan dilinin izahlı lüğəti