1. Üzüaşağı sallaq vəziyyətdə asılmaq. □ Stolun üstündəki göy mahud örtük yanlardan xeyli aşağı sallanmışdı. (M.Hüseyn).
2. Məcazi mənada: nazla, əda ilə yerimək. □ Geyinib sallanan gözəllər çoxdu; Tərlan kimi süzmək ona yaraşır. (“Koroğlu”).
3. Məcazi mənada: sallanan, enən kimi görünmək. □ Göydən qara, zəhmli buludlar sallanmışdı. (Y.V.Çəmənzəminli).
Azərbaycan dilinin izahlı lüğəti1. Bir şeyi hündür yerdən aşağı atmaq, tullamaq, buraxmaq,düşürmək. □ Asta qanad çalın, qafil telləri; Heyfdir, salarsız düzə, durnalar! (M.P.Vaqif).
2. Əlindən buraxmaq, düşürmək. □ Qabı salmaq. Qutunu salmaq. Boşqabı salıb sındırmaq.
3. Özü bilmədən bir şeyi düşürüb itirmək. □ Açarı bilmirəm harada salmışam.
4. Əsasını qoymaq, təsis etmək, qurmaq, düzəltmək. □ Mədən salmaq.
5. Tikmək, qurmaq, qayırmaq, düzəltmək. □ Yol salmaq. Bənd salmaq.
6. Keçirmək, taxmaq. □ Əmniyyə açarı qapıya saldı. (M.İbrahimov).
7. Örtmək. □ Üstünə yorğan salmaq. Başına şal salmaq.
8. Tez-tələsik oturmaq, özünü yerləşdirmək; tez-tələsik girmək;yetmək, çatmaq, özünü çatdırmaq. □ Özünü divanın üstünə salmaq. Özünü boşalmış yerə salmaq.
9. Yerinə oturtmaq, keçirmək, geydirmək. □ Çıxığı salmaq. Stulun qıçını yerinə salmaq.
10. Yatağına qoymaq, yerləşdirmək, rahatlamaq. □ Gilə qucağındakı körpəni yerinə salıb ayağa qalxdı. (Ə.Vəliyev).
11. Tez yollamaq, dərhal göndərmək. □ Mən aşıq bu çağlara; Bülbül qonub bağlara; Qayıtmasan bərəyə;Ovçu sallam dağlara. (Bayatı).
12. Döşəmək, sərmək. □ Yeşiklərə kağız salmaq. Evlərə palaz salmaq.
13. Bir şeylə örtmək, qapamaq; aşağı endirmək. □ Ağca xanım qapının rəzəsini vurdu, pərdəsini saldı. (Mir Cəlal).
14. Qoymaq. □ Xəstəyə banka salmaq. Boğazına zəli salmaq.
15. Ağac və s. göyərti əkmək. □ Bağ salmaq. Meşə salmaq.
16. Yaymaq, yerləşdirmək.
17. Tökmək. □ Samovara kömür salmaq. Xörəyə duz salmaq.
18. Batırmaq (mayedə). □ Bir dua yazacağam, onu suya salıb verərsiz oğlana. (N.Vəzirov).
19. İçəri buraxmaq, daxil etmək. □ Heydərəli oğlanı içəri salıb, yenə o biri otağa çəkildi. (M.Hüseyn).
20. Tikmək, naxışlamaq. □ Dəsmala gül salmaq. Divara naxış salmaq.
21. Məcazi mənada: yoluxdurmaq, yaymaq. □ Xəstəlik salmaq.
22. Məcazi mənada: tutmaq, həbs etmək. □ Həbsə salmaq. Dama salmaq.
23. Devirmək, yıxmaq, taxtdan düşürmək. □ Hakimiyyətdən salmaq. Padşahı taxtdan saldılar.
Həmçinin bax:
İl ərzində bir yerdə baş verən tarixi hadisələri qeydə alan kitab və s.; hadisələrin hər il qeydə alınması; gündəlik, xronika və s. həyat salnaməsi. □ ...şeirləri yarandıqları zamanın ən doğru bədii sənədləri, XX əsrin əvvəlinin salnaməsidir.
Azərbaycan dilinin izahlı lüğəti1. Qonaqlar üçün qəbul otağı. □ ...bizi neçə otaqdan keçirib bir salonda əyləşdirdilər. (Ə.Haqverdiyev).
2. Zal. □ Məhkəmə salonu çadralı və çadrasız qadınlarla dolu idi. (T.Ş.Simurq).
3. Bərbərxanalarda kişi, qadın və uşaqlara xidmət etmək üçünayrılmış xüsusi otaq. □ Kişi salonu. Qadın salonu.
4. Bədii şeylər və incəsənət əsərləri satılan mağaza.
5. Avtomobillərin, avtobusların, trolleybusların və s.-nin sərnişinlərin oturduğu iç hissəsi.