Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sallanmaq [sallammax] feil

1. Üzüaşağı sallaq vəziyyətdə asılmaq. □ Stolun üstündəki göy mahud örtük yanlardan xeyli aşağı sallanmışdı. (M.Hüseyn).
2. Məcazi mənada: nazla, əda ilə yerimək. □ Geyinib sallanan gözəllər çoxdu; Tərlan kimi süzmək ona yaraşır. (“Koroğlu”).

3. Məcazi mənada: sallanan, enən kimi görünmək. □ Göydən qara, zəhmli buludlar sallanmışdı. (Y.V.Çəmənzəminli).

Azərbaycan dilinin izahlı lüğəti