1. Qaydaya salmaq, səliqəyə salmaq, nizama salmaq, düzəldibhazırlamaq. □ Mizin üstünü sahmanlamaq. Evi sahmanlamaq. Yorğan-döşəyi sahmanlamaq.
2. Hazırlıq, tədbir görmək, şərait yaratmaq. □ Ya deyirik işləri sahmanlayaq; Məclisi-əyanda vurur tək səbir. (M.Ə.Sabir).
1. Bir şeyi əlində (ağzında, dişində və s.-də) tutub düşməyə qoymamaq. □ Açarı əlində saxlamaq. İpi dişində saxlamaq.
2. Hərəkətini kəsmək, dayandırmaq, əyləmək. □ Maşını qapıda saxlamaq. Avtobusu dayanacaqda saxlamaq.
3. Getməsinə, irəli hərəkətinə mane olmaq, qabağını kəsmək,dayandırmaq. □ Uşaqları meydanda saxlamaq. Adamların qabağını saxlamaq.
4. Sahib olmaq, həvəskarı olmaq, bəsləmək (heyvan haqqında). □ İnək saxlamaq. Arı saxlamaq. İt saxlamaq.
5. Yaşamaq üçün lazım olan vəsaitlə təmin etmək, dolandırmaq. Yetimləri saxlayıb böyütmək. □ Ev saxlamaq. Uşaqlarını saxlamaq.
6. Mühafizə etmək, qoruyub saxlamaq. □ Ana gəlinlikdən bir örpək saxlayırdı. (C.Cabbarlı).
7. Gizlətmək, heç kəsə göstərməmək. □ Qiymətli şeyləri sandıqda saxlamaq. Sənədləri seyfdə saxlamaq.
8. Bir sözü, sirri və s.-ni heç kəsə deməmək, yaymamaq, gizlisaxlamaq. □ ...hərbi sirri möhkəm saxlamamışdır. (H.Nəzərli).
9. Dayaq olmaq, yıxılmağa, uçmağa qoymamaq. □ Tirləri divar saxlayır. Balkonu dörd sütun saxlayır.
10. Ehtiyat görmək, qoruyub saxlamaq. □ Qışa buğda saxlamaq. Saxla samanı, gələr zamanı. (Atalar sözü).
11. Müəyyən bir məqsəd ünün özünə köməkçi, xidmətçi tutmaq. □ Qulluqçu saxlamaq.
12. Əvvəlki keyfiyyətini mühafizə etmək, qorumaq. □ Gözəlliyini saxlamaq. Dişini yaxşı saxlamaq.
13. Bir yerdə qalmağa, durmağa məcbur etmək; hər hansı birvəziyyətdə qalmağa məcbur etmək. □ Şəhəri mühasirədə saxlamaq. Cəhalətdə saxlamaq. Şeyləri səliqəlisaxlamaq. Təhlükə altında saxlamaq.
14. Sözünü, işini və s.-ni davam etdirməyə qoymamaq, yarımçıqkəsmək. □ Elə burda saxla. Yığıncağı saxlamaq.
Həmçinin bax:
Bax: saxlanmaq.
Həmçinin bax:
1. Bir şeyi əlində (ağzında, dişində və s.-də) tutub düşməyə qoymamaq. □ Kənd təsərrüfat alətləri yay-qış uçuq-sökük, qar-yağış tökülən birxarabalıqda saxlanırdı. (M.İbrahimov).
2. Özünü bu və ya digər vəziyyətdə saxlamaq, gizlənmək. □ Pərdədə saxlanma, çıx, ey sevgili dildarımız. (M.Hadi).
Azərbaycan dilinin izahlı lüğəti