Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

saxlamaq [saxlamax] feil

1. Bir şeyi əlində (ağzında, dişində və s.-də) tutub düşməyə qoymamaq. □ Açarı əlində saxlamaq. İpi dişində saxlamaq.
2. Hərəkətini kəsmək, dayandırmaq, əyləmək. □ Maşını qapıda saxlamaq. Avtobusu dayanacaqda saxlamaq. 
3. Getməsinə, irəli hərəkətinə mane olmaq, qabağını kəsmək,dayandırmaq. □ Uşaqları meydanda saxlamaq. Adamların qabağını saxlamaq. 
4. Sahib olmaq, həvəskarı olmaq, bəsləmək (heyvan haqqında). □ İnək saxlamaq. Arı saxlamaq. İt saxlamaq.
5. Yaşamaq üçün lazım olan vəsaitlə təmin etmək, dolandırmaq. Yetimləri saxlayıb böyütmək. □ Ev saxlamaq. Uşaqlarını saxlamaq.
6. Mühafizə etmək, qoruyub saxlamaq. □ Ana gəlinlikdən bir örpək saxlayırdı. (C.Cabbarlı). 
7. Gizlətmək, heç kəsə göstərməmək. □ Qiymətli şeyləri sandıqda saxlamaq. Sənədləri seyfdə saxlamaq. 
8. Bir sözü, sirri və s.-ni heç kəsə deməmək, yaymamaq, gizlisaxlamaq. □ ...hərbi sirri möhkəm saxlamamışdır. (H.Nəzərli).
9. Dayaq olmaq, yıxılmağa, uçmağa qoymamaq. □ Tirləri divar saxlayır. Balkonu dörd sütun saxlayır.
10. Ehtiyat görmək, qoruyub saxlamaq. □ Qışa buğda saxlamaq. Saxla samanı, gələr zamanı. (Atalar sözü). 
11. Müəyyən bir məqsəd ünün özünə köməkçi, xidmətçi tutmaq. □ Qulluqçu saxlamaq.
12. Əvvəlki keyfiyyətini mühafizə etmək, qorumaq. □ Gözəlliyini saxlamaq. Dişini yaxşı saxlamaq. 
13. Bir yerdə qalmağa, durmağa məcbur etmək; hər hansı birvəziyyətdə qalmağa məcbur etmək. □ Şəhəri mühasirədə saxlamaq. Cəhalətdə saxlamaq. Şeyləri səliqəlisaxlamaq. Təhlükə altında saxlamaq.
14. Sözünü, işini və s.-ni davam etdirməyə qoymamaq, yarımçıqkəsmək. □ Elə burda saxla. Yığıncağı saxlamaq.

Həmçinin bax:

frazeologizm: abır-həya saxlamaq frazeologizm: ağzında söz qalmamaq (saxlamamaq) frazeologizm: ağzını bərk saxlamaq frazeologizm: ağzını təmiz saxlamaq frazeologizm: arada pərdə saxlamaq (olmaq) frazeologizm: ayaq saxlamaq frazeologizm: barıtı quru saxlamaq frazeologizm: başını saxlamaq frazeologizm: başlı başını saxlasın frazeologizm: bildiyini qarnında saxlamaq frazeologizm: bordaqda saxlamaq frazeologizm: caynağında saxlamaq frazeologizm: cilovda saxlamaq frazeologizm: cilovunu bərk saxlamaq frazeologizm: daban saxlamamaq frazeologizm: diqqət mərkəzində saxlamaq frazeologizm: dilini saxlamamaq frazeologizm: dilini təmiz saxlamaq frazeologizm: dörd divаr аrаsındа sахlаmаq frazeologizm: ədəb-ərkan gözləmək (saxlamaq) frazeologizm: əl saxlamaq frazeologizm: əl üstündə saxlamaq frazeologizm: əldə saxlamaq frazeologizm: əlində daş saxlamaq frazeologizm: əlində saxlamaq frazeologizm: əlini özündə saxla! frazeologizm: əlini tətikdə saxlamaq frazeologizm: ətəkdə daş saxlamaq frazeologizm: ətəyinə bağlayıb saxlamaq frazeologizm: göz üstə saxlamaq frazeologizm: hörmətini saxlamaq (gözləmək) frazeologizm: xətir-hörmət saxlamaq frazeologizm: xətrini saxlamaq frazeologizm: kin saxlamaq frazeologizm: küsü saxlamaq frazeologizm: qadaqda saxlamaq frazeologizm: qarşısını saxlamaq frazeologizm: qəfəsdə saxlamaq frazeologizm: qırx saxlamaq frazeologizm: ləyaqətini saxlamaq frazeologizm: məsafə saxlamaq frazeologizm: nəzarət altında saxlamaq frazeologizm: nəzarətdə saxlamaq frazeologizm: nəzərdə saxlamaq frazeologizm: ovcunun içində saxlamaq frazeologizm: özünü saxlamaq frazeologizm: özünü toxtaq saxlamaq frazeologizm: pənahında saxlamaq frazeologizm: pərdə saxlamaq frazeologizm: pərsəng saxlamaq frazeologizm: sükanı belə saxla frazeologizm: tərəf saxlamaq (tutmaq) frazeologizm: ürəyini buz kimi saxlamaq frazeologizm: yadda saxlamaq frazeologizm: yas saxlamaq (tutmaq) frazeologizm: yeddi divar arxasında saxlamaq frazeologizm: yeddi möhür altında saxlamaq frazeologizm: yolunu saxlamaq frazeologizm: zəncirini dartıb saxlamaq Azərbaycan dilinin izahlı lüğəti