1. Həqiqi vəziyyəti, şəraiti, imkanları və qüvvələrin nisbətini dərketmə bacarığı.
2. Ədəbiyyatşünaslıq. İncəsənət. Obyektiv varlığı və onun tipik xüsusiyyətlərini düzgün əks etdirməkdən ibarət bədii idrak üsulu, habelə ədəbiyyat və incəsənətdə həqiqi varlığı daha dolğun, daha düzgün, daha real əks etdirməyi bir məqsəd olaraq qarşısına qoymuş cərəyan. □ M.F.Axundzadənin realizmi. Rəssamlıqda realizm.
3. Fəlsəfə. 19-cu əsr fəlsəfəsində idealizmə zidd cərəyanları göstərmək, müasir burjua fəlsəfəsində isə bir qayda olaraq bəzi cərəyan (məsələn, neo realizm, tənqidi realizm və s.) tərəfdarlarının öz idealist mahiyyətlərini ört-basdır etmək üçün işlətdikləri termin.
4. Fəlsəfə. Ümumi məfhumların əşyalardan qabaq və onlardan asılı olmayaraq mövcud olduğunu iddia edən orta əsr dini-idealist fəlsəfi cərəyanının adı.
Azərbaycan dilinin izahlı lüğətiRealni məktəb – 1917-ci il inqilabından əvvəlki Rusiyada tədris planında təbii və dəqiq elmlərə çox yer verilən, qədim dillər keçilməyən orta məktəb. □ Qadir şəhərdən, oxuduğu realni məktəbdən qəsəbəyə tətilə gəldiyi vaxt bunu görürdü. (Ə.Əbülhəsən).
Azərbaycan dilinin izahlı lüğəti1. Mətni işləmə və düzəltmə, redaktə etmə. □ Protokolun son redaksiyası. Əsərin redaksiyasını mütəxəssisə tapşırmaq.
2. Hər bir nəşrin (kitabın, məcmuənin və s.-nin) nəşrinə rəhbərlik. □ Professorun redaksiyası altında dərslik.
3. Həmin işə rəhbərlik edən heyət, orqan. □ Baş redaksiya. Redaksiya şurası. Redaksiya heyəti.
4. Bir fikrin, tezisin, müddəanın bu və ya digər şəkildə ifadəsi, ifadə forması. □ Nizamnamənin 3-cü paraqrafının yeni redaksiyası.
5. Hər hansı bir bədii, musiqi və b. əsərin, yaxud onun ayrıca bir hissəsinin variantı. □ Romanın yeni redaksiyası.
6. Dövri mətbuat orqanının çapa hazırlanmasına rəhbərlik edən əməkdaşlar kollektivi; mətnin əlyazmasını işləyib çapa hazırlamaqla məşğul olan işçilər qrupu. □ “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyası.
7. Redaksiya əməkdaşlarının işlədiyi bina. □ Redaksiyanın ünvanı.
Həmçinin bax:
Mətni işləmə və düzəltmə, redaktə etmə. □ Yaxşı bir şerimi redaktə vaxtı; “Hələ qalsın!” – deyə qoydu kənara. (X.Rza).
Həmçinin bax: