Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

redaksiya [redak'siya] isim latın

1. Mətni işləmə və düzəltmə, redaktə etmə. □ Protokolun son redaksiyası. Əsərin redaksiyasını mütəxəssisə tapşırmaq.

2. Hər bir nəşrin (kitabın, məcmuənin və s.-nin) nəşrinə rəhbərlik. □ Professorun redaksiyası altında dərslik.

3. Həmin işə rəhbərlik edən heyət, orqan. □ Baş redaksiya. Redaksiya şurası. Redaksiya heyəti.

4. Bir fikrin, tezisin, müddəanın bu və ya digər şəkildə ifadəsi, ifadə forması. □ Nizamnamənin 3-cü paraqrafının yeni redaksiyası.

5. Hər hansı bir bədii, musiqi və b. əsərin, yaxud onun ayrıca bir hissəsinin variantı. □ Romanın yeni redaksiyası.

6. Dövri mətbuat orqanının çapa hazırlanmasına rəhbərlik edən əməkdaşlar kollektivi; mətnin əlyazmasını işləyib çapa hazırlamaqla məşğul olan işçilər qrupu. □ “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyası.

7. Redaksiya əməkdaşlarının işlədiyi bina. □ Redaksiyanın ünvanı.

Həmçinin bax:

jurnalistika: nəşriyyat redaksiyası jurnalistika: redaksiya heyəti jurnalistika: redaksiya məqaləsi jurnalistika: redaksiya nizamnaməsi jurnalistika: redaksiya kollegiyası jurnalistika: redaksiya qovluğu jurnalistika: redaksiya şurası Azərbaycan dilinin izahlı lüğəti