1. Yerini düzəltmək, rahat etmək, istifadə üçün münasib şəklə salmaq. □ Stulun yerini rahatlamaq.
2. Rahat olmaq, istirahət etmək üçün hər cür şərait yaratmaq. □ Kosaoğlu köksünü ötürüb mütəkkəyə dirsəkləndi, ayaqlarını uzadıb yerini rahatladı, sağ əlini qırxıq başında gəzdirdi. (İ.Şıxlı).
3. Yəhər və ya çulunu götürərək yem və s. vermək (heyvanlar haqqında). □ Əsgərlər atları rahatlayıb, qoz ağacının altında yerə sərildilər. (H.Nəzərli).
Azərbaycan dilinin izahlı lüğəti1. Rahatlıq tapmaq, rahat olmaq, istirahət etmək, rahat nəfəs almağa başlamaq, özünü rahat hiss etmək. □ Sadıq dalbadal bir neçə stəkan tünd çay içib qızışdı, rahatlandı. (MirCəlal).
2. Oturaraq və ya uzanaraq dincəlmək, dincini almaq, yorğunluğunu almaq. □ Söyüd ağacının kölgəsinə bir palaz döşədib orada rahatlandım. (S.Hüseyn).
Azərbaycan dilinin izahlı lüğəti1. Qayğı, üzüntü, həyəcan, şübhə və s. olmadığı hal; asudəlik, dinclik, qayğısızlıq. □ Bu sözlərdən sonra Bəyim sanki öz qəlbində bir rahatlıq hiss etdi. (İ.Əfəndiyev).
2. İstirahət, dinclik, dincəlmə. □ Zəhmət çəkməyən rahatlığın qədrini bilməz. (Atalar sözü).
Azərbaycan dilinin izahlı lüğəti