Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

rahatlamaq [rahatdamax] feil

1. Yerini düzəltmək, rahat etmək, istifadə üçün münasib şəklə salmaq. □ Stulun yerini rahatlamaq.

2. Rahat olmaq, istirahət etmək üçün hər cür şərait yaratmaq. □ Kosaoğlu köksünü ötürüb mütəkkəyə dirsəkləndi, ayaqlarını uzadıb yerini rahatladı, sağ əlini qırxıq başında gəzdirdi. (İ.Şıxlı).

3. Yəhər və ya çulunu götürərək yem və s. vermək (heyvanlar haqqında). □ Əsgərlər atları rahatlayıb, qoz ağacının altında yerə sərildilər. (H.Nəzərli).

Azərbaycan dilinin izahlı lüğəti