1. Anatomiya. Fəqərələri döş sümüyü ilə birləşdirən qövsşəkilli sümük. □ İnsanın yeddi cüt yuxarı və beş cüt aşağı qabırğası vardır.
2. Bədəndə qabırğaların yerləşdiyi yer; böyür. □ Yan qabırğası əzilmək.
3. Bir şeyin kənarı, yanı, bir tərəfi. □ Samovarın qabırğası.
Həmçinin bax:
1. İstedadlı, qabiliyyətli, hər şeyi tez qavrayan zehinli, zəkalı. □ Qabil şagird ustad olur ustadan. (Atalar sözü).
2. Mümkün olan. □ .. Tətbiqi qabil isə, fikrin gözəldir. (Çəmənzəminli).
3. Yararlı, münbit, yaxşı. □ Qabil torpaq.
4. Bacarqlı, hər şeyi bacaran, mahir, məharətli, ustad. □ Qabil usta.
1. İstedad, fitri zəka; bir şeyi tez qavrama, tez mənimsəmə bacarığı. □ Musiqiyə qabiliyyət.
2. Bir şeyi etmək imkanı, bacarığı. □ Alıcılıq qabiliyyəti.
3. Ləyaqət, mərifət, kamal. □ Qabiliyyətdə, mərifətdə, kamalda; Bu cahanda sənin kimi qız olmaz. (Aşıq Ələsgər).
Həmçinin bax: