Açıq əlin baş barmağı ucundan çeçələ barmağın ucuna qədər olan məsafə.
Həmçinin bax:
1. Bir şeyi başqa şeyə qatıb, bir-birindən ayrılmayacaq, yaxud çətin ayrılacaq hala salmaq. □ Qumu əhənglə qarışdırmaq.
2. Bir şeyi çömçə, qaşıq və s. ilə dairəvi şəkildə çevirmək, bulamaq, qurdalamaq. □ Dovğanı qarışdırmaq.
3. Məcazi mənada: fitnə-fəsad salmaq, təfriqə salmaq, qarışıqlıq salmaq; pozmaq, xarab etmək. □ Əgər xəbər alsan molla Səfini; Oğru dürüst qarışdırıb kefini. (Q.Zakir).
4. Qayda və səliqəni pozmaq, nizamsız bir hala salmaq, qarma-qarışıq etmək. □ Uşaqlar bütün şeyləri qarışdırıblar.
5. Dolaşıq salmaq, qarışıq salmaq, səhvən bir-birinə oxşatmaq. □ İki məfhumu bir-birinə qarışdırmaq.
6. Bir işin iştirakçısı etməyə çalışmaq. □ Xahiş edirəm, bu cəncəl işə məni qarışdırmayasınız.
Həmçinin bax:
1. Müxtəlif şeylərdən və ya növlərdən ibarət olan, başqa şey və ya şeylər qatılmış olan; yekcins olmayan, saf və xalis olmayan, müxtəlif ünsürlərdən ibarət olan. □ Qarışıq yun.
2. Qoşma kimi: başqa bir şeylə qarışmış. □ Xan sevinc və dəhşət qarışıq qeyri-insani bir səslə hayqırdı. (M.Rzaquluzadə).
3. İsim kimi: iki cinsdən olan, iki soydan əmələ gəlmiş, mələz. □ Bu itin canavarla qarışığı vardır.
4. İsim kimi: bir şeyə qarışdırılmış şey, bir şeyin içində olan başqa şey; qatışıq. □ Yun və ipək qarışığından toxunmuş parça.
5. Zərf kimi: bir yerdə, birlikdə, birgə, bərabər. □ .. Telli xanımı pərdə qarışıq götürüb, atın tərkinə qoydu. (“Koroğlu”).
6. Bir-birinə keçmiş, qarma-qarışıq, tərtibsiz, nizamsız. □ Qarışıq saç.
7. Anlaşılmaz, dolaşıq, aydın olmayan, qeyri-müəyyən. □ Qarışıq yazı.
Həmçinin bax: