Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qarışıq [qarışıx] sifət

1. Müxtəlif şeylərdən və ya növlərdən ibarət olan, başqa şey və ya şeylər qatılmış olan; yekcins olmayan, saf və xalis olmayan, müxtəlif ünsürlərdən ibarət olan. □ Qarışıq yun.

2. Qoşma kimi: başqa bir şeylə qarışmış. □ Xan sevinc dəhşət qarışıq qeyri-insani bir səslə hayqırdı. (M.Rzaquluzadə).
3. İsim kimi: iki cinsdən olan, iki soydan əmələ gəlmiş, mələz. □ Bu itin canavarla qarışığı vardır.
4. İsim kimi: bir şeyə qarışdırılmış şey, bir şeyin içində olan başqa şey; qatışıq. □ Yun ipək qarışığından toxunmuş parça.
5. Zərf kimi: bir yerdə, birlikdə, birgə, bərabər. □ .. Telli xanımı pərdə qarışıq götürüb, atın tərkinə qoydu. (“Koroğlu”).
6. Bir-birinə keçmiş, qarma-qarışıq, tərtibsiz, nizamsız. □ Qarışıq saç.
7. Anlaşılmaz, dolaşıq, aydın olmayan, qeyri-müəyyən. □ Qarışıq yazı.

Həmçinin bax:

coğrafiya: qarışıq meşə Azərbaycan dilinin izahlı lüğəti