1. Birdən əlini uzadıb cəld götürmək, dartıb almaq, qamarlamaq; götürmək, qaldırmaq; cəld tutmaq; yapışmaq, yapışıb tutmaq.
2. Çalmaq, oğurlamaq, aparmaq, götürüb qaçmaq.
3. Dişləmək, dişlərini batırıb yaralamaq. □ İt uşağı qapdı.
Həmçinin bax:
Coğrafiya. Qışda müxtəlif şəkillərdə, ən çox ulduz şəklində yağan və hər tərəfi örtən donmuş ağappaq su kristalcıqları. □ Qar yağır. Sulu qar. Qar yerin yorğanıdır. (Atalar sözü).
Həmçinin bax:
1. Bütün rənglərin ən tündü, ən tutqunu; his, kömür rəngi; bu rəngdə olan. □ Qara at. Qara kostyum.
2. Obrazlı təşbehlərdə: qaranlıq, tutqunluq. □ Gecə qara pərdəsini götürdükdə Cavad yuxudan ayıldı. (Ə.Vəliyev).
3. İsim kimi: cəm şəklində: qaralar – qara dərililər, qara irqə mənsub olanlar. □ Anqola – qaralar ölkəsi, zəncilərin qədim torpağı... (R.Rza).
4. İsim kimi: cəm şəklində: qaralar – şahmat, dama oyunlarında qara rəngli fiqurlar, daşlar. □ Qaralarla oynamaq.
5. Çirkli, kirli, tünd bir şeyə boyanmış, yaxud adi rənginə nisbətən daha tünd, daha tutqun. □ Kömürçünün qara əlləri.
6. İsim kimi: yazı, xətt, hərf. □ Ağlın aparıb, bəs ki baxır gündə qarayə. (M.Ə.Sabir).
7. İsim kimi: bir yazının qaralaması, ilk mətni, layihəsi. □ ..rusca yazdığın o intibahnamənin qarasını harada saxlayırsan? (M.S.Ordubadi).
8. Məcazi mənada: ağır, mənhus, pis, kədər doğuran, qəm gətirən, qorxulu. □ Fərman bir yandan belə söyləyirdi, bir yandan da ürəyinə qara fikirlər gəlirdi. (Ə.Haqverdiyev).
9. Məcazi mənada: səfalətli, fərəhsiz, sevincsiz, talesiz, bədbəxt, faciəli. □ Nə bəladır bizə, ya rəb, nə qara gündür bu? (M. Füzuli).
10. Məcazi mənada: əziyyətli, məşəqqətli, çox ağır, mənhus. □ Qara qış üstümə tökər qarını.. (M.Müşfiq) .
11. Məcazi mənada: cinayətkar, mənfur, mürtəce, fitnəkar. □ İrticanın qara qüvvələri.
12. İsim kimi: yas, matəm mənasında. □ Könlüm yasdan çıxdı, qəlbim qaradan; Gülə-gülə bu həvəsdə xoş gəldin! (Aşıq Ələsgər).
13. İsim kimi: yas, matəm mənasında. □ Fələk qoymaz qaradan çıxsın ol sərvi-güləndamı. (S.Ə.Şirvani).
14. Qoşulduğu sözlərə mənfilik, mənhusluq, məşumluq mənası verir. □ Qara qayğı. Qara dərd.
15. Arxaizm. Cəmiyyətin yuxarı siniflərinə mənsub olmayan, istismar olunan; adi, avam. □ Doğrudur, şəriət ancaq avam adamlar üçündür, qara camaat üçündür. (C.Cabbarlı).
16. Qədim Rusiyada: dövlətə məxsus olan, dövlətin ixtiyarında olan, öz xüsusi mülkiyyəti olmayan. □ Dövlətə məxsus .. torpaqlarda yaşayan kəndlilərə “qara kəndlilər” və ya “qara xışlılar” deyirdilər.
17. Arxaizm. İxtisası olmayan, ixtisas tələb etməyən, ağır işdə işləyən; adi. □ Qara fəhlə.
18. İsim kimi: dəyərsizlik, əhəmiyyətsizlik, heçlik mənasında. □ ..Ərz elədim ki, bir qara qəpik də verməyəcəyəm. (Ə.Haqverdiyev).
19. İsim kimi: bəzi bitki və heyvan adlarının tərkib hissəsi kimi. □ Qara gavalı. Qara qarışqa.
Yer kürəsinin torpaqla örtülü hissəsi; torpaq. □ Qarada və suda. Qara qüvvələri.
1. Plov üzərinə yanına qoyulan xuruş. □ Aşın qarası azdır.
2. Qara... - bəzi mürəkkəb sözlərin birinci tərkib hissəsi. □ Qarasaç, qaragöz, qaragün.
Həmçinin bax: