Qar kütləsinin qalın qar örtüyünə malik dağ yamaclarından qoparaq ətəklərə doğru sürətli hərəkəti.
Bu zaman axına çevrilən qar kütləsi yolboyu qarşısındakı qar kütlələrini də özü ilə aparır. Q.U. dikliyi 15°-dən artıq (xüsusilə 25-30°), qar örtüyünün qalınlığı 40-50 sm-dən çox olan yamaclarda baş verə bilər. Belə uçqunun bilavasitə səbəbi güclü qar düşdükdən sonra onun alt təbəqəsinin soyuqda həddən artıq kristallaşaraq dənəvərləşməsidir – həmin kövrək təbəqə qalın qarın üst qatları üçün diyircək rolunu oynayır. Böyük Q.U.-larının önündə dağıdıcı qüvvəyə malik hava axınları yaranır. Alp dağlarında Q.U.-larına “ağ ölüm” deyirlər: onlar bəzən bütöv yaşayış məskənlərini yer üzündən silmək gücündə olur.
Coğrafiya terminləri lüğəti