1. Qapanmış, bağlı; qapısı və ya qapağı örtülmüş. □ Qapalı ev. Qapalı qapı.
2. Örtülü. □ Qapalı ağıza milçək girməz. (Atalar sözü).
3. İşlək olmayan, qabağına sədd çəkilmiş, bağlı. □ Qapalı yol. Qapalı körpü.
4. Ucları, kənarları birləşdirilmiş. □ Qapalı xətt. Qapalı səth.
5. Məcazi mənada: kənar adamların girməsinə, iştirak etməsinə, istifadəsinə, bilməsinə icazə verilməyən; gizli. □ Qapalı iclas. Qapalı məktəb.
6. Cəmiyyətdən ayrılmış, təcrid olunmuş; yalnız öz məhdud mənafeyi ilə məşğul. Ünsiyyətsiz, adamdan qaçan, ürəyini heç kəsə açmayan. □ Qapalı mühit. Qapalı adam.
Həmçinin bax:
1. Bağlamaq, örtmək, qıfıl və s. ilə bağlamaq. Açıq şeyi örtmək. □ Sandığı qapamaq. Ağzını qapamaq.
2. Örtmək, keçilməz hala salmaq. □ Cığırı tikan kolu qapamışdı.
3. Üstünə pərdə, örtü və s. çəkmək; gizlətmək, görünməz hala salmaq. □ Üzüldü əlləri sükandan, aman; Qapadı hər şeyi qatı bir duman. (M.Rahim).
4. Deşiyi tutmaq, tıxamaq, kip bağlamaq. □ Şüşənin ağzını qapamaq.
5. Uclarını, kənarlarını, son nöqtələrini birləşdirmək. □ Dairəni qapamaq.
6. Bağlamaq, bitirmək, fəaliyyətini dayandırmaq. □ İclası qapamaq.