1. Ov heyvanları və quşları çox olan yer, ov yeri. □ Ovlaqda quş vurmaq.
2. Məcazi mənada: obrazlı təşbehlərdə. □ Dağlar dağımdır mənim; Qəm ovlağımdır mənim. (Bayatı).
3. Heyvan və s.-nin daim olduğu, yaşadığı yer. □ Belə deyirlər ki, guya o kahalar cin və şəyatin ovlağıdırlar. (N.Vəzirov).
1. Ov vurmaq, şikar etmək; balıq tutmaq. □ Dovşan ovlamaq.
2. Məcazi mənada: çalmaq; ələ keçirmək, ələ gətirmək. □ ...O gözəl qız, o ovçu, şux tərlan; Könlünü ovlamış sənin. (A.Şaiq).
Həmçinin bax:
1. Bax: ovmaq (1-ci mənaya).
2. Sifət kimi: ovulmuş, narınlaşdırılmış, narın edilmiş. □ Qarakişi... iri-iri doğrayıb cibinə yığdığı qəzetdən bir parça çıxarıb arasına ovma tənbəki doldurdu. (B.Bayramov).
3. Dialekt. Pendir ovuntusu ilə kərə yağı qatışığından ibarət yemək. □ Çörəyi ovma ilə yemək. Ovma hazırlamaq.
4. Dialekt. Əldə toxunan yumşaq zərif parça. □ Ovma toxumaq.
Bax: ovmaq (2-ci mənaya).
Geniş yayılmış yoluxucu xəstəlik.
Azərbaycan dilinin izahlı lüğəti1. Ovulmuş hala salmaq, narın etmək, narınlaşdırmaq. □ Maxorkanı ovmaq.
2. Yuyub qazımaq (dağıtmaq), yuyub aparmaq, deşmək. □ Yarğan yarar sinəsini dağların; Sular ovar binəsini dağların. (R.Rza).
3. Dəlmək, qazımaq. □ Dağların içini ovaraq bu tuneli açmışlar. (M.İbrahimov).
4. Bıçaq və b. ucuiti şeylə pozmaq, silmək, pozub görünməz etmək. □ O sənin yazdığını; Ovub tökdü bıçaqla. (Z.Xəlil).
5. Məcazi mənada: əzişdirmək, əzmək, əziyyət vermək. □ Həyat şüursuz və iradəsiz bir cisim kimi öz təkərinin altına alıb əzməyə, ovmağa başladı. (M.İbrahimov).
Bax: ovuşdurmaq.
Həmçinin bax:
1. Ovsanadan çıxarmaq – edilən yaxşılığa, köməyə qiymət verməmək; unutmaq, qiymətdən salmaq. □ Yaxşılığımı ovsanadan çıxardı.
2. Ovsanaya düşmək – vaxtı ilə edilən yaxşılığın, köməyin qarşılığını görmək, əvəzi çıxmaq, bədbəxt bir hadisədən, təsadüfdən, xatadan qurtarmaq; yerinə düşmək. □ Tikəsi ovsanaya düşmək.
Həmçinin bax: