1. Ovulmuş hala salmaq, narın etmək, narınlaşdırmaq. □ Maxorkanı ovmaq.
2. Yuyub qazımaq (dağıtmaq), yuyub aparmaq, deşmək. □ Yarğan yarar sinəsini dağların; Sular ovar binəsini dağların. (R.Rza).
3. Dəlmək, qazımaq. □ Dağların içini ovaraq bu tuneli açmışlar. (M.İbrahimov).
4. Bıçaq və b. ucuiti şeylə pozmaq, silmək, pozub görünməz etmək. □ O sənin yazdığını; Ovub tökdü bıçaqla. (Z.Xəlil).
5. Məcazi mənada: əzişdirmək, əzmək, əziyyət vermək. □ Həyat şüursuz və iradəsiz bir cisim kimi öz təkərinin altına alıb əzməyə, ovmağa başladı. (M.İbrahimov).
Bax: ovuşdurmaq.
Həmçinin bax: