1. Hər nə var, mövcud. □ Olan-olmaz yem ehtiyatı tükəndiyindən qışda zəif düşmüş heyvanın saxlanması daha da çətinləşirdi. (B.Bayramov).
2. İsim kimi: qalan-qalmaz, mövcud olan, qalmış olan pul, şey və s. □ Aslan bütün olan-olmazını xərcləmişdi. (C.Cabbarlı).
1. Ədəbiyyatşünaslıq. Qədim yunan əsatirində allahların məskəni, habelə yığışdığı yer.
2. Olimpiya oyunları – qədim Yunanıstanda Zevs adlı allahın şərəfinə Olimpiya yaxınlığında hər dörd ildən bir keçirilən ümumxalq oyunları, habelə idmanın bütün növləri üzrə keçirilən müasir beynəlxalq yarışlar. □ Olimp oyunları.
1. Qədim Yunanıstanda olimpiya oyunları bayramları arasındakı dörd ildən ibarət təqvim vahidi.
2. Dörd ildən bir keçirilən beynəlxalq idman yarışları.
3. İdman, teatr və s. yarışları. □ Bədii özfəaliyyət olimpiadası.
4. Məktəblilər arasında ayrı-ayrı fənlər üzrə konkret tapşırıqları yerinə yetirmək üzrə yarış; məsələn, riyaziyyat, biologiya, kimya, fizika və s.
1. “Bəlkə”, “yoxsa” mənalarında. □ Olmaya, sən də bu fikirdəsən. Olmaya, onun da könlündən keçir.
2. Zərf kimi: bir işin icrasının qəti surətdə məsləhət görülmədiyini, tövsiyə edilmədiyini, bir işdən saqındırmağı bildirir; nəbadə. □ Olmaya, ora gedəsən.
Azərbaycan dilinin izahlı lüğəti1. İmkan yoxdur, mümkün deyil. □ Qidasız yaşamaq olmaz. Razı olmamaq olmaz.
2. İcazə yoxdur, qadağandır, yaramaz. □ İcazəsiz içəri girmək olmaz. Metroda siqaret çəkmək olmaz.
3. Yaxşı deyil, ayıbdır, qeyri-mümkündür. □ Belə söz demək olmaz. Cavab qaytarmaq olmaz.
1. Son dərəcə, həddən artıq, ölçüyəgəlməz, görünməmiş. □ Olmazın əziyyət. Olmazın ziyan.
2. Yolverilməz, namünasib, nalayiq, yaraşmaz. □ Olmazın söz.
3. Mümkün olmayan, ola bilməyən, baş verə bilməyən. □ ...dünyada olmazın iş yoxdur. (P.Makulu).