1. Yaşamaq, sakin olmaq, ömür sürmək. □ İki il Bakıda oldum.
2. Mövcud olmaq, var olmaq. □ İnsan olmasaydı nəyə gərəkdi; Sənin gözəlliyin, ana təbiət! (M.Dilbazi)
3. İştirak etmək. □ Dərsdə olmaq. Qonaqlıqda olmaq.
4. Üz vermək, baş vermək, vaqe olmaq, əmələ gəlmək. □ Dünən balaca yanğın olmuşdu.
5. Doğulmaq, dünyaya gəlmək, anadan olmaq. □ – Onun nəyi olub? – Bir qızı olub. Uşaqlar ekiz olub. – ..Münəvvər xanımın binadan-başdan uşağı olmurdu. (Mir Cəlal)
6. Bir yerə gəlmək (getmək), bir yeri gedib görmək. □ Saat ikidə məktəbdə olacağam. – Maya hələ ömründə çobanların yaşadığı alaçıqda olmamışdı. (M.İbrahimov)
7. Yerləşmək, sığmaq. □ Şeylər çamadana olmur. Papaq başına yaxşı oldu.
8. Malik olmaq. □ Pulu olmamaq. Bağı olmaq. Maşını olmaq.
9. Mümkün olmaq, icazə verilmək. □ Gəlmək olarmı? İçəri girmək olar.
10. Bir haldan başqa hala keçilmək, dəyişmək. □ Su donub buz oldu. Od sönüb kül oldu. – Gilənin axşamdan basdırdığı qaratikan kötüyü lülə köz olmuşdu.
11. Gəlib çatmaq, yetişmək. □ Səhər oldu. Gecə yarı oldu. – Bayram oldu, heç bilmirəm neyləyim? Bizim evdə axta zoğalda yoxdur. (M.P.Vaqif)
12. İxtisas və sənət mənası verən isimlərdən sonra gələrək, həmin ixtisas və sənətə yiyələnməyi, onunla məşğul bildirir. □ Müəllim olmaq. Həkim olmaq. – Firəngistanda birisi ki istəyir alim ola, gərək gecələr yatmayıb zəhmət çəkə, elm xuya.. (C.Məmmədquluzadə)
13. İsim, sifət və saylardan sonra gələrək həmin sözlərdən -lan // -lən və -laş //- ləş şəkilçilərinin əlavəsilə düzələn feillərin sinonimləri olan mürəkkəb feillər əmələ gətirir; məs.: xəstə olmaq (xəstələnmək), yaxşı olmaq (yaxşılaşmaq), qoşa olmaq (qoşalaşmaq), yoxsul olmaq (yoxsullaşmaq), şən olmaq (şənlənmək).
14. Bir sıra sözlərdən sonra gələrək mürəkkəb feil və ifadələr düzəldilir; məs.: bənd olmaq, xaraba olmaq, daxil olmaq, aşiq olmaq.
15. “Oldu!” şəklində tabe şəxsin, verilən əmri, tapşırığı başa düşdüyünü və onu dərhal icra edəcəyini bildirən cavabı; baş üstə!
Həmçinin bax: