1. Gözdən keçirilərək səslə, ya səssiz qiraət edilmək. □ Bu kitablar oxunub.
2. Səslə mahnı və s. ifa edilmək. □ Konsertdə yeni mahnılar oxundu.
3. Məcazi mənada: hiss edilmək, sezilmək, duyulmaq. □ Gözündən oxunmaq. Üzündən oxunmaq.
Həmçinin bax:
1. Oxumağı xahiş etmək (başqasından), oxumağa sövq etmək, yaxud icazə vermək; oxumağı məsləhət görmək. □ Ana qızına kitab oxudurdu.
2. Təhsil almasına kömək etmək, oxuyub təhsil almaq üçün məktəbə və s.-yə qoymaq. □ Həsən ağanın pulu aşıb-daşır, uşaqlarını öz xərci ilə oxuda bilər. (Ə.Haqverdiyev).
3. Dərs vermək, savad öyrətmək, müəllimlik etmək, tədris etmək. □ Yaşlıları oxutmaq.
4. Hava ilə bir şey oxumasını xahiş etmək, yaxud məcbur etmək. □ Xanəndəni oxutmaq. Ariya oxutmaq.
1. Xanəndə. □ Əntiqə indi nə oxuyur, nə də oxuyanlara yanaşırdı. (Mir Cəlal).
2. Oxucu. □ Bu təsəvvürdə olan oxuyanlar az deyil. (N.Nərimanov).
3. Savadlı, oxumuş mənasında. □ Xanbibim falçı, nənəm bağtoxuyan; Bizdə haşa yox idi bir oxuyan! (M.Ə.Sabir).