1. Nazik olmaq, nazik hala düşmək; incəlmək. □ Usta Ağabalanın saqqalı gicgahlarına getdikcə ucları nazilib gözəl surətdə qulaqlarına yapışırdı. (Y.V.Çəmənzəminli).
2. Arıqlamaq, cılızlaşmaq, zəifləşmək, incəlmək. □ Balaca qızın boğazı armud saplağı kimi nazilmişdi. (M.Hüseyn).
3. Getdikcə incəlmək, naziklənmək. □ Qışqıra-qışqıra getdikcə qatar; Çay nazilir gözlərimdə. (O.Sarıvəlli).
1. Nazirliyə başçılıq edən hökumət üzvü. □ Maliyyə naziri. Maarif naziri.
2. Nəzarət edən, baxan, idarə edən; inspektor. □ ...Günlərin bir günü məktəbin naziri içəri girib uşaqlara deyir... (C.Məmmədquluzadə).
Həmçinin bax: