1. Nazik olmaq, nazik hala düşmək; incəlmək. □ Usta Ağabalanın saqqalı gicgahlarına getdikcə ucları nazilib gözəl surətdə qulaqlarına yapışırdı. (Y.V.Çəmənzəminli).
2. Arıqlamaq, cılızlaşmaq, zəifləşmək, incəlmək. □ Balaca qızın boğazı armud saplağı kimi nazilmişdi. (M.Hüseyn).
3. Getdikcə incəlmək, naziklənmək. □ Qışqıra-qışqıra getdikcə qatar; Çay nazilir gözlərimdə. (O.Sarıvəlli).