1. Özünü bəyəndirmək, istətmək məqsədilə edilən saxta, süni hərəkət; şivə, işvə, qəmzə. □ Belə işvə, belə qəmzə, belə naz; Belə qamət, belə gərdən olurmu? (Q.Zakir).
2. Tam firavanlıq, maddi rifah, səadət; var-dövlət, sərvət; naz-nemət. □ Ata-ana nazı ilə böyümüş Budaq indi çox şeyə tamarzı qalırdı. (Ə.Vəliyev).
3. Məcazi mənada: nazənin, nazlı qız. □ Düşər daşın, qalar leşin; Dağlar, üç nazı neylədiz?! (“Koroğlu”).
4. Özünü bəyənməyən kimi göstərmə, bir şeyi qəbul etmək üçün özünə yalvarmağa, xahiş etməyə məcbur etmə (adətən “eləmək” feili ilə). □ Yaxşı, yaxşı, naz eləmə, bilirəm ki, ürəyində sevinirsən. (Ü.Hacıbəyli).
5. Şıltaq, ərköyün.
Həmçinin bax:
1. Nazlı, işvəkar, cilvəli; incə, gözəl; lətif, məlahətli. □ Sorma, heç sorma, nazənin Xavər; Məni məhv etdi iztirabü kədər. (H.Cavid).
2. İsim kimi: nazlı, işvəkar, cilvəli; incə, gözəl; lətif, məlahətli adam. □ Bu gün, bayram günü səhni-çəməndə; Gördüm nazəninlər xürrəm oturmuş. (Q.Zakir).
3. Naz və nemət içərisində böyümüş, naz və nemətə alışmış.