Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ney [ney] isim fars

1. Qarğıdan, qamışdan düzəldilən, nəfəslə çalınan musiqi aləti. □ Sahildə ağ yelkənli qayıqda xidmət edən dəstədən ney səsi ətrafa yayılırdı. (S.Rəhimov).
2. Qamış, qarğı.
3. Qəlyanın, çubuğun, müştüyün ağıza salınan hissəsi, ağızlığı. □ ...qəlyanın neyini əlinə aldı və dodağına yapışdırıb xoruldatdı. (M.İbrahimov).

Azərbaycan dilinin izahlı lüğəti