1. Danışmaq qabiliyyətindən məhrum olan, danışa bilməyən. □ Lal adam.
2. İsim kimi: danışmaq qabiliyyətindən məhrum olan, danışa bilməyən adam. □ Biz yetişdik yığın-yığın kor, lal; Hər tərəfdən sağır, çolaq və topal. (H.Cavid).
3. Məcazi mənada: ahəstə, sakit, səssiz. □ Suyun lal axanı, adamın yerə baxanı. (Atalar sözü).
Həmçinin bax:
1. Səs çıxarmadan, dinmədən, danışmadan, susaraq. □ Lal-dinməz oturmaq.
2. Sözsüz, danışıqsız, qeyd-şərtsiz. □ Lal-dinməz əmri yerinə yetirdi.
3. Sifət kimi: azdanışan, danışmağı sevməyən, çox zaman dinməz, sakit oturan. □ Lal-dinməz adam.
1. Botanika. İriləçəkli qırmızı çiçəkləri olan bitki və bu bitkinin çiçəyi. □ Bitər çəməndə lalələr, əlində al piyalələr; Səhər zamanı dür kimi düşər ot üstə jalələr. (A.Səhhət).
2. Bu çiçəyin müxtəlif rəngdə yetişdirilmiş növü.
3. Qırmızılıq rəmzi kimi işlənir. □ Nigarın ala gözlərindən damcı-damcı yaş gilələnib lalə yanaqlarından aşağı gəldi. (“Koroğlu”).