Reklam
Reklam

Все словари

lələkvarı-topa buludlar

Troposferin üst qatında cərgə-cərgə ağ ləpələrə bənzər buludlar.

6000 metrdən yüksəklikdə yerləşir, buz kristallarından ibarətdir, digər lələkvarı buludlar kimi yağıntı vermir. L.-T.B. atmosferin yuxarı qatında dalğavarı hərəkətin təsiri altında yaranır. Qıvrımlıqlarına görə onlara “quzu buludlar” da deyilir. Elmi ədəbiyyatda isə L.-T.B.-ı “cirrocumulus” (Cc) (latın dilindən tərcümədə: qıvrım kütlə) adlandırırlar.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

liman

yun. limen – buxta

1. Dəniz suyunun düzənlik çayının mənsəbini basması nəticəsində əmələ gələn körfəz.

L. sahil xəttinin çökdüyü sahələrdə yaranır, dənizə açıq, yaxud ensiz zolaqla onunla birləşmiş olur. L.-lardan gəmiçilikdə geniş istifadə edilir, onların ətrafında sürətlə inkişaf edən şəhərlər salınır.

2. Hər hansı su hövzəsinin sahilində gəmilərin dayanması, yüklənməsi, boşaldılması üçün müvafiq infrastruktura və avadanlığa malik məntəqə.

L.-da yük gəmilərinin yan alması üçün körpülər (ticarət L.-ı), sərnişin vağzalı (sərnişin L.-ı), böyük anbarlar, təmir üçün doklar və s. olur. Onlar dəniz və çay L.-ları olaraq iki qrupa bölünür. Hərbi gəmilər üçün nəzərdə tutulmuş L. isə hərbi-dəniz bazası adlanır. Dünyanın ən böyük L. şəhərlərinə Rotterdam (Niderland), Marsel (Fransa), Antverpen (Belçika), Hamburq (Almaniya), Şanxay (Çin), Sinqapur (Sinqapur), Nyu-Orlean (ABŞ), Osaka (Yaponiya) və s. misal ola bilər.

Coğrafiya terminləri lüğəti

limnologiya

yun. limne – göl, bataqlıq + yun. logos – elm, təlim

Qurunun hidrologiyası elminin gölləri, su anbarlarını, bataqlıqları öyrənən bölməsi.

L. həmin su hövzələrinin hidroloji, fiziki-kimyəvi, meteoroloji xüsusiyyətlərini, bioloji şəraitini tədqiq edir və bu tədqiqatlarda hidrologiya, geomorfologiya və digər elmlərin metodlarından istifadə edir. Son tarixi dövrdə quru su hövzələrinin çirkləndirilməsi ilə əlaqədar olaraq suyun keyfiyyətinin qiymətləndirilməsi, proqnozu və mühafizəsi L.-da əsas istiqamətlərdən birinə çevrilib.

Coğrafiya terminləri lüğəti

liparit

ital. lipari – ilk dəfə aşkar edildiyi Lipar adalarının adından

Effuziv dağ süxuru.

Tərkibinin 50%-dən 100%-ə qədəri vulkan şüşəsindən ibarətdir. L.-ə bütün vulkanik sahələrdə rast gəlinir, o, maqmatik süxurların mühüm tərkib hissəsidir. Yer səthində lay, günbəz və s. mürəkkəb formalarda örtük yaradır. L.-dən çınqıl, bəzi növlərindən üzlük daşlar istehsalında istifadə edilir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti