Reklam
Reklam

Все словари

ləpə1 [ləpə] isim

1. Coğrafiya. Dalğa, kiçik dalğa. □ Dənizdə ləpə gözə dəymirdi.

2. Məcazi mənada: izdiham, insan axını, kütlə. □ Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır. (Mir Cəlal).

3. Qüvvətlə təzahür edən şey haqqında. □ ..Mən də məğlub oldum, vətən məhəbbətinin aşıb-coşan ləpəsi məni arxasına aldı. (A.Divanbəyoğlu).

ləpə2 [ləpə] isim

Qoz, fındıq, badam kimi qabıqlı meyvələrin, həmçinin paxlalı bitkilərin içi. □ Badam ləpəsi. Qoz ləpəsi. Paxla ləpəsi.

ləpə3 [ləpə] isim

Botanika. Bitkilərdə rüşeym yarpaqlar.

Azərbaycan dilinin izahlı lüğəti

ləpədöyən [ləpədöyən] isim

Coğrafiya. Daim ləpələr çarpan sahil xətti. □ Özün otur ləpədöyəndə, gözlə haçan xəzri gələcək. (C.Cabbarlı).

Azərbaycan dilinin izahlı lüğəti