1. Dalğalanmaq. □ Günün axır şəfəqləri ahəstəcəsinə ləpələnən suya düşüb onda xüsusi gözəllik vücuda gətirirdi. (T.Ş.Simurq).
2. Məcazi mənada: dəniz dalğalarını xatırladacaq şəkildə yellənmək, tərpənmək; dalğalanmaq. □ Kəndin kənarındakı əkinlərin başaqları sakit bir dəniz kimi ləpələnirdi. (S.Hüseyn).