Müəyyən proqram əsasında işləyən və elmi, məişət-sənaye, tətbiqi məsələlərin həlli üçün nəzərdə tutulan irihəcmli informasiyaları qısa müddətdə işləyib araşdıran qurğu; elektron hesablama maşını. □ Kompüterdə işləmək.
Həmçinin bax:
1. Politologiya. Ümumi bir məqsədi həyata keçirmək üçün (öz müstəqilliklərini saxlamaq şərtilə) birləşmiş dövlətlərin ittifaqı. □ İsveçrə konfederasiyası.
2. Ayrı-ayrı ictimai təşkilatların könüllü ittifaqı. □ Həmkarlar təşkilatlarının konfederasiyası.
Azərbaycan dilinin izahlı lüğətiGizli, məxfi, başqalarına bəlli olmayan (məlumat, proses, hadisə). □ Konfidensial görüş.
Həmçinin bax:
1. Zahiri görünüş, kontur, surət; cisimlərin qarşılıqlı yerləşməsi; mürəkkəb cisimlərin tərkib hissələrinin nisbəti. □ Konfiqurasiya sistemi.
2. Astronomiya. Günəş sistemindəki cisimlərin xarakterik qarşılıqlı vəziyyəti. □ Planetlərin konfiqurasiyası.
Azərbaycan dilinin izahlı lüğətiKor-koranə uyğunlaşma, cəmiyyətdəki mövcud qaydaları olduğu kimi qəbul etmək, öz maraqları naminə qanunsuzluğa müqavimət göstərməmək; prinsipial məsələlərdə şəxsi mövqenin olmaması, hakim fikirlərin prinsipsiz və tənqidsiz qəbulu. □ Konformizmə meyillənmək.
Azərbaycan dilinin izahlı lüğəti1. Kütlə yığını; müxtəlif tip əşya və ya anlayışların sistemsiz, mexaniki birləşməsi.
2. Müxtəlif ölkələrdə investisiyaların birləşdirilməsi nəticəsində yaranan inhisarçı təşkilatların birliyi.
Geologiya. Sementləşmiş çaqıl və süxur qırıntılarından ibarət çökmə süxur.
Azərbaycan dilinin izahlı lüğəti1. Əsasən, elmi-siyasi problemlərin müzakirə olunduğu nüfuzlu toplantı; qurultay. □ Konqresə dəvət.
2. ABŞ və bir sıra digər ölkələrin qanunverici orqanı; parlament. □ ABŞ Konqresi.
3. Bəzi ölkələrdə ictimai-siyasi hərəkat və təşkilatlara verilən ad. □ Hindistanın Milli Konqresi.
Azərbaycan dilinin izahlı lüğətiİki və çoxtərəfli görüşlərdə qərarın, yaxud müqavilə mətninin ümumi razılıq yolu ilə qəbul edilməsi; hər hansı ziddiyyətli məsələdə ümumi dil tapılması, razılığa gəlmək. □ Konsensusa gəlmək.
Azərbaycan dilinin izahlı lüğəti