1. Yayımın məqsədi, əsas kəmiyyət və keyfiyyət göstəriciləri, habelə bu məlumatı özündə əks etdirən sənəd.
Geniş P.K.-na yayımın ünvanlandığı auditoriya, onun dili, istiqamətləri, istiqamətlər üzrə başlıca proqramların siyahısı, xarakteristikası, həcmi, bütünlükdə yayım həcminə nisbəti, kanalın yayım cədvəli, reklam siyasəti barədə məlumatlar daxildir. Çox zaman P.K. sadəcə «proqram», yaxud «proqram siyasəti» adlandırılır. Qanuna görə, P.K. haqqında müəyyən olunmuş formada qısa arayış yayım lisenziyası almaq üçün dövlət orqanına müraciətə əlavə edilməlidir.
2. Çap kütləvi informasiya vasitələrinin, internet- nəşrlərin məqsədi, ünvanlandığı auditoriya, əsas kəmiyyət və keyfiyyət göstəriciləri.
P.K. çap KİV-in və internet- nəşrlərin nizamnaməsində öz əksini tapır, lakin eyni zamanda geniş məzmunda ayrıca sənəd şəklində tərtib edilə bilər. Geniş məzmunlu P.K.-na nəşrin strukturu, redaksiyanın və onun əməkdaşlarının öz fəaliyyətlərində rəhbər tutduqları prinsiplər və s. məlumatlar da daxil olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti