Bax: karbonlaşdırmaq.
Karbon qazı hopdurmaq, karbon qazı ilə doyuzdurmaq.
Tərkibində karbon olan, karbon qarışdırılmış.
Daxili yanacaqlı mühərriklərdə duru yanacaq ilə havanın qarışmasından yanacaq qatışığı əmələ gəlməsi. □ Karbürasiya etmək.
Daxilində karbürasiya əmələ gələn cihaz (daxili yanacaqlı mühərriklərdə).
Karbüratoru olan. □ Karbüratorlu motor.
İlahiyyat. Kardinal rütbəsi, vəzifəsi.
Tibb. Ürək fəaliyyətini yazmaq üçün cihaz.
Tibb. Kardioqraf vasitəsilə ürək fəaliyyətinin yazılması.
Tibb. Ürək fəaliyyətinin qrafik təsviri.
Tibb. Tibb elminin ürək xəstəliklərini tədqiq edən bölməsi.
1. Tibb. Ürəyə aid olan.
2. Tibb. Ürək xəstəliklərinin müalicəsi üçün olan. □ Kardioloji sanatori.
Tibb. Ürək xəstəlikləri mütəxəssisi olan həkim.
Kareliyanin əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. □ Karel dili. Karel ədəbiyyatı.
Arxaizm. Hər tərəfi örtülü, dördtəkərli, at qoşulan, yaylı minik arabası. □ Şaxtalı küçələrdən keçirdi karetalar. (R.Rza).