fr. geste > lat. gestus – hərəkət
1. Nitqin təsir gücünü, emosionallığını artırmaq məqsədilə ona uyğun edilən əl-qol hərəkətləri.
2. XI–XII əsrlərdə yaranmış fransız qəhrəmanlıq eposu, poemalar silsiləsi.
Dövrümüzə 90-a yaxın J. gəlib çatıb. Onların arasında ən məşhuru “Roland haqqında nəğmə”dir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBir çox türk xalqlarına məxsus şeir şəkli.
Bəzi türk xalqlarında “yır” adlanır. Adətən, qopuz və ya dombranın müşayiəti ilə ifa olunur. Sabit bənd forması yoxdur. Lakin irihəcmli epik əsərlərdə, bir qayda olaraq, ümumi qafiyə ilə bir-birinə bağlanmış ayrı-ayrı dördlüklər, yeddiliklər şəklində olur. Xırda misralar bir-biri ilə bəndlər halında deyil, bənddən daha böyük mənzum vahidlər halında birləşir. “Manas”da geniş istifadə olunan J. forması müasir şeirdə də işlənir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. jongleur > lat. joculator – məzhəkəçi
Orta əsrlərdə Fransada səyyah nağılçı, özünün və ya başqa müəlliflərin mahnılarını ifa edən nəğməkar.
J. nağıl demək və mahnı ifa etməklə yanaşı, tamaşaçıları əyləndirir, fokuslar da göstərirdi. Onlar nəğməkarların aşağı təbəqəsinə aid edilirdi. Bir çox hallarda J. trubadurun yanında xidmət göstərir, onun mahnılarını ifa edirdi.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. journal – gündəlik, qəzet < lat. diurnalis, diurnale – gündəlik xəbər
Analitik materialların, publisistik və ədəbi-tənqidi məqalələrin dərc olunduğu dövri nəşr.
J.-lar arasında müxtəlif sahələrdə, o cümlədən ədəbiyyat sahəsində ixtisaslaşmış nəşrlər üstünlük təşkil edir. Onlar qəzetlərdən illüstrasiyaların bolluğu, formatlarının kiçikliyi və dövriliklərinin azlığı ilə fərqlənir. J.-lar dövriliyinə (həftəlik, aylıq, rüblük), məzmununa (ictimai-siyasi, ədəbi-bədii, elmi-kütləvi, peşə-ixtisas və s.), oxucu kateqoriyasına (uşaqlar, gənclər, qadınlar və s.), digər əlamətlərinə görə fərqləndirilir. Tarixdə ilk J. 1665-ci ildə Fransada işıq üzü görmüş “Journal des Savants” elmi nəşri hesab olunur. Azərbaycan mətbuatı tarixində ilk J. 1906-cı ildə çap olunan “Molla Nəsrəddin” satirik J.-ı sayılır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti