1. Şeytan. □ ..Yox kimsədə insafü mürüvvət; İblisəmi uymuş bəşəriyyət?! (H.Cavid). 2. Məcazi mənada: araqarışdıran, fitnə salan, fitnəkar, hiyləgər. □ Yer üzündə nə xəyanət, nə də iblis qalacaqdır. (S.Vurğun).
Bax: iblisvarı.
İblis kimi, şeytan kimi, şeytancasına.
Bax: iblisləşmək.
Fəsadlaşmaq, hiyləgər, fitnəkar olmaq. □ Nə iblisləşmisən?
Ara qarışdırma, araya fitnə salma, fəsadçılıq, fitnəkarlıq, hiyləgərlik.
İblis kimi, şeytan kimi, şeytancasına. □ Qəşəm şaqqa çəkib iblisvarı güldü. (S.Rəhimov).
Oğul (yalnız izafətlərdə işlənir). □ Əbubəkr ibni-Məhəmmədin göndərdiyi məktubu sizə oxumaq istəyirəm. (M.S.Ordubadi)
1. Qədim yəhudilərin adlarından biri. 2. Qədim yəhudi dili.
Arxaizm. İbraz etmək (eləmək) – büruzə vermək, aşkar etmək, üzə çıxarmaq, meydana çıxarmaq, göstərmək. □ Biz türklər öz sədaqətimizi ibraz etməyə hazırıq. (C.Cabbarlı).
İynə, mil, əqrəb. □ Saat ibrəsi. Kompas ibrəsi.
Arxaizm. Əldətoxunma şal, yun parça. □ ..Mən də sənə borclu oluram bir dəst şaldan libas ibrə işləməli. (N.Vəzirov).
Ağır, pis bir hadisədən, işdən alınan dərs. □ Böyüyü döy ki, kiçik ibrət alsın. (Atalar sözü).
Həmçinin bax:
İbrət verən, ibrətverici, ibrətli. □ İbrətamiz hekayə. İbrətamiz nağıllar.
İbrət götürülən yer, tərbiyə evi.
Bax: ibrətli.