1. Əziyyət vermək, əzab vermək, işgəncə etmək; yormaq, əldən salmaq, üzmək. □ Koroğlu iltimas eylər; Bala, incitmə Qıratı! (“Koroğlu”).
2. Ağrıtmaq, əziyyət vermək. □ İncidir yaralarım, yoxdur ümidim özümə. (Ü.Hacıbəyli).
3. Narahat etmək, narahatlığına səbəb olmaq. □ Hava sakit olduğundan təyyarəmiz süzüb gedir, heç kəsi incitmirdi. (M.İbrahimov).
4. Küsdürmək, xatirini qırmaq, qəlbinə toxunmaq, narazı salmaq. □ Fəqət səni burada yalnız bir kəlmə ilə incidəcəyəm. (H.Nəzərli).
1. Hazırda, bu anda, hazırkı vaxtda, bu saat, əlan, tez. □ Aşiq, qarıyam indi; Yolu yarıyam indi; Mənə söz qoşarmısan; Qoca qarıyam indi?! (Bayatı).
2. Əvvəlki vəziyyətə, şəraitə, keyfiyyətə qarşılıq mənasında. □ İndi mən o adam deyiləm.
3. Başqa mətləbə, mövzuya, məsələyə keçdikdə işlənir. □ İndi o biri problemləri müzakirə edək.
Həmçinin bax:
1. Bu vaxtdan, bu andan, bu gündən, bu dəqiqədən, qabaqcadan. □ İndidən yola çıxmaq lazımdır.
2. Fürsət varkən, imkan varkən, nə qədər ki gec deyil. □ Hər kəs dünyanın təqazasına bir az bələddirsə, indidən gərək yəqin eliyə ki.. (C.Məmmədquluzadə).
3. Tezdən, ertədən, vaxtından əvvəl. □ İndidən hara hazırlaşmısan?