1. Əziyyət vermək, əzab vermək, işgəncə etmək; yormaq, əldən salmaq, üzmək. □ Koroğlu iltimas eylər; Bala, incitmə Qıratı! (“Koroğlu”).
2. Ağrıtmaq, əziyyət vermək. □ İncidir yaralarım, yoxdur ümidim özümə. (Ü.Hacıbəyli).
3. Narahat etmək, narahatlığına səbəb olmaq. □ Hava sakit olduğundan təyyarəmiz süzüb gedir, heç kəsi incitmirdi. (M.İbrahimov).
4. Küsdürmək, xatirini qırmaq, qəlbinə toxunmaq, narazı salmaq. □ Fəqət səni burada yalnız bir kəlmə ilə incidəcəyəm. (H.Nəzərli).