1. İnsanın, həmçinin onurğalı heyvanların sümüyü içərisində olan yağaoxşar yumşaq maddə. □ Bir ilikdi, bir sümükdü, bir dəri, Aləm onun ləzzətinə müştəri. "Kəlləpaça" (Tapmaca).
2. Məcazi mənada: təşbehlərdə ağ, zərif, lətif mənalarında. □ ..üzüyü Zərintac xanımın ağ ilik barmaqlarının birinə keçirdi. (S.Rəhimov).
Həmçinin bax:
1. İlim-ilim itmək (getmək) – tamamilə yox olmaq, yoxa çıxmaq, izsiz itmək. □ Göy üzü kilim-kilim; Yar itdi ilim-ilim; Kəsin düşmən dilini; Doğrayın dilim-dilim. (Bayatı).
2. İlim-ilim itirmək – səsi bir daha gəlməyəcək yerlərə, uzaqlara göndərmək, uzaqlaşdırmaq; sürgünə, həbsə göndərmək. □ O atın ölümünü məndən gördün, məni ilim-ilim itirdin. (Mir Cəlal).
3. İlim-ilim itirmək – yox etmək, yoxa çıxarmaq, öldürtmək.
Həmçinin bax:
1. Bir şeyi başqa bir şeyə keçirib bağlamaq, bənd etmək, taxmaq; bir şeyi çəngəl, mıx, düymə və s. bu kimi şeylərlə tutdurmaq. □ ..Yusif, fənəri al, bu biri mıxa ilişdir. (P.Makulu).
2. Dolaşdırmaq, dolaşıq salmaq.
3. Güllələri, patronları dalbadal lüləyə verməmək. □ Yaxşı tüfəngdir, hayıf ki, hərdən ilişdirir.
4. Məcazi mənada: bərk vurmaq, çəkmək (sillə, yumruq, təpik və s.). □ Qadın.. bir neçə sərt söz söylədi və nəhayət, bir yumruq ilişdirdi. (Y.V.Çəmənzəminli).
5. (Birisinin) işini qarışdırmaq, pis bir əngələ salmaq, dolaşığa salmaq, dolaşdırmaq. □ Onu yamanca ilişdirdilər.
Həmçinin bax:
1. Düyün, pırtlaşıq, ilişmiş şeyin halı. □ Bayaqdan yazıq qadın neçə dəfə məftili ilişikdən qurtarıb. (Mir Cəlal).
2. Sifət kimi: düyün, pırtlaşıq, ilişmiş şeyin halı. □ İlişik ip.
3. Sifət kimi məcazi mənada: dolaşıq, qarışıq. □ İlişik fikirlər.
4. Münasibət, əlaqə, asılılıq. □ Onunla heç bir ilişiyim yoxdur.
5. Əngəl, maneə. □ İşimdə heç bir ilişik yoxdur.