Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ilişdirmək [ilişdirməx'] feil

1. Bir şeyi başqa bir şeyə keçirib bağlamaq, bənd etmək, taxmaq; bir şeyi çəngəl, mıx, düymə və s. bu kimi şeylərlə tutdurmaq. □ ..Yusif, fənəri al, bu biri mıxa ilişdir. (P.Makulu).
2. Dolaşdırmaq, dolaşıq salmaq.
3. Güllələri, patronları dalbadal lüləyə verməmək. □ Yaxşı tüfəngdir, hayıf ki, hərdən ilişdirir.
4. Məcazi mənada: bərk vurmaq, çəkmək (sillə, yumruq, təpik və s.). □ Qadın.. bir neçə sərt söz söylədi və nəhayət, bir yumruq ilişdirdi. (Y.V.Çəmənzəminli).
5. (Birisinin) işini qarışdırmaq, pis bir əngələ salmaq, dolaşığa salmaq, dolaşdırmaq. □ Onu yamanca ilişdirdilər.

Həmçinin bax:

frazeologizm: barmağını ilişdirmək frazeologizm: əl ilişdirmək frazeologizm: əlini bir yerə ilişdirmək Azərbaycan dilinin izahlı lüğəti