1. Aşağı salmaq, düşürmək, yaxud enməsinə, aşağı düşməsinə kömək etmək. □ Söz var ki, dağa qaldırar, söz var ki, dağdan endirər. (Atalar sözü)
2. Sallamaq, aşağı tutmaq. □ Hümmətəli bircə saat bundan əvvəl qoyulmuş çuqun peçin yanında oturub başını sinəsinə endirmişdi. (M.Hüseyn)
3. Aşağı çəkmək, aşağı sürüşdürmək. □ Papağı gözünün üstünə endirmək.
4. Aşağı salmaq, azaltmaq, ucuzlaşdırmaq. □ Qiymətləri endirmək.
5. Məcazi mənada: vurmaq, ilişdirmək, çəkmək. □ Zərbə endirmək. Qapaz emdirmək. Yumruq endirmək.
6. Məcazi mənada: düşürmək, salmaq, devirmək; məhrum etmək. □ Taxtdan endirmək.
7. Məcazi mənada: lütf etmək, saymaq, iltifat göstərmək. □ Xəbər alıb əhvalımı bilmirsən; Endiribən məclisimə gəlmirsən. (Aşıq Ələsgər)
8. İnternetdən hər hansı materialı öz diskinə köçürmək; yükləmək.
Həmçinin bax:
Etnoqrafiya. Cəmiyyətin ilk inkişaf dövrlərində ancaq qohumundan, tayfasından, ictimai qrupu içərisindən evlənmək adəti. □ Azsaylı хalqların hamısında son illərədək ailə-kəbin münasibətlərində endoqamiya – yəni öz tayfasına məхsus qohumlar arasında evlənmə adəti üstün idi.
Azərbaycan dilinin izahlı lüğəti1. Fizika. Materiyanın əsas xassələrindən biri – onun hərəkət ölçüsü, materiyanın işıq, istilik, elektrik, mexaniki hərəkət və s. şəklində olan hərəkət ehtiyatı. □ Atom enerjisi. Şüa enerjisi.
2. Hər hansı bir cismin, maddənin və s.-nin bir iş görmə, yaxud iş görə bilən qüvvənin mənbəyi olma qabiliyyəti. □ Suyun enerjisi. Akkumulyator enerjisi.
Qətiyyət, inad, coşqunluq, qüvvət, səy. □ Mirzəyev böyük həvəs və enerji ilə çalışırdı. (Ə.Sadıq).
Həmçinin bax: