1. Kimya. Adi kimyəvi üsullarla öz tərkib hissələrinə ayrıla bilməyən, digər mürəkkəb maddələrin isə tərkib hissəsi olan bəsit maddə. □ Mendeleyevin elementlərin dövri sistemi.
2. Fizika. Kimyəvi enerji hesabına yaradılan zəif elektrik qüvvəsi mənbəyi olan cihaz. □ Quru element. Qalvanik element.
3. Tamın, bütövün tərkib hissəsi. □ Badama-bənzər naxış elementi.
4. Hər hansı bir maşının, qurğunun, mexanizmin əsas hissəsi.
5. Adam, şəxs, ünsür.
Həmçinin bax:
1. Böyük taxıl tədarükü məntəqələrində, dəmiryol stansiyalarında, limanlarda və s.-də tikilən, taxılı qaldırmaq, qurutmaq, saxlamaq üçün müvafiq qurğuları olan çox böyük anbar. □ Taxılı saxlamaq üçün ən yararlı anbar elevatordur.
2. Yükü arası kəsilmədən nəql edən qaldırıcı mexanizm. □..İki gənc fəhlə rotora yaxınlaşıb elevatorları hazırlayır. (M.İbrahimov).
1. O cür, o təhər, o sayaq. □ Elə tikə götür ki, uda biləsən.(Atalar sözü). Oğru elə bağırdı, doğrunun bağrı yarıldı! (Atalar sözü).
2. O dərəcəd, o şəkildə. □ Oğru elə bağırdı, doğrunun bağrı yarıldı. (Atalar sözü).
3. O tərəfə, o yana, o səmtə. □ Mən belə gəldim, o elə getdi.
4. İsim kimi: elələr(i) şəklində – o cür adamlar. □ "İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: "Biz Allaha və qiyamət gününə iman gətirdik",- deyirlər." (Bəqərə surəsi).
5. “də” ədatı ilə – o cür də, o qaydada, o tərzdə, olduğu kimi. □ Necə biçərsən, elə də tikərsən. (Atalar sözü). Necə idisə, elə də qalıb.
6. “ki” bağlayıcısı ilə – o zaman ki, necə ki, onda ki mənalarında zaman anlayışı verir. □ Elə ki, qəti qərara gəldi, fikrindən dönməzdi. (M.İbrahimov).
1. Aid olduğu sözün mənasını dəqiqləşdirir. □ Elə bu saat çağırtdır. Elə özü də bu işi görmək istəyirdi. Xoruz elə xoruzdur, nə qocası, nə cavanı?! (Atalar sözü). Yaxşı elə yaxşıdır. (Atalar sözü).
2. Ancaq, təkcə, yalnız, məhz mənasında. □ Məsumə xanıma da elə bu söz lazım idi. (P.Makulu).
1. Havayı, müftə. □ – Bunu mənə neçəyə verirsən? – Elə-belə.
2. Məqsədsiz, qərəzsiz, ümumiyyətlə. □ Elə-belə baxmaq. Bu sözləri o, bəlkə də elə-belə, zarafatla demişdi. (M.Rzaquluzadə).
3. Sifət kimi: nə yaxşı, nə pis, babat. □ Elə-belə bir ev tikdirdi.
Həmçinin bax:
1. Olduğu kimi, dəyişmədən, necə varsa, elə. □ Zeynal bayaqdan bəri qabağındakı nimçədə doğramaq istədiyi bir parça əti eləcə qoyub əlindəki .. bıçağı yerə buraxdı. (S.Hüseyn).
2. “də” ədatı ilə bağlayıcı mənasında işlənir. □ Heydər Əliyev Fondu nəinki Azərbaycanın, eləcə də ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir.
Bax: etmək.
Həmçinin bax: