Reklam
Reklam

Все словари

doker [doker] isim ing. docker – yükdaşıyan

Bəzi xarici ölkələrdə, limanda yükdaşıyan fəhlə, işçi, usta. □ Doker arabası.

Azərbaycan dilinin izahlı lüğəti

doktrina [dak'trina] isim lat. doctrina – təlim

Gerçəkləşdirilməsi böyük dövr üçün nəzərdə tutulan konseptual ideyalar sistemi; təhsil, elmi və ya fəlsəfi nəzəriyyə, siyasi sistem; konkret dövrdə və uyğun şəraitdə hökm sürən nəzəri və ya siyasi prinsip. □ Təhlükəsizlik doktrinası.

Həmçinin bax:

jurnalistika: ədalət doktrinası jurnalistika: informasiya təhlükəsizliyi doktrinası Azərbaycan dilinin izahlı lüğəti

doqma [doqma] isim yun. dogma – təsdiq etmək, qərar vermək

Ehkam; qəti, heç bir etiraz etmədən, şəksiz-şübhəsiz, dəlilsiz-sübutsuz danılmaz həqiqət kimi qəbul edilən fikir. □ Dini doqma.

Azərbaycan dilinin izahlı lüğəti

dollar [dollar] isim ing. dollar < alm. taler – alman gümüş pulu

ABŞ-da və başqa ölkələrdə 100 sentə bərabər olan pul vahidi. □ Dollarla ödəniş.

Həmçinin bax:

frazeologizm: dollar diplomatiyası Azərbaycan dilinin izahlı lüğəti

dominant [daminant] isim lat. dominari – hökm etmək, hökmranlıq, təkhakimiyyətlilik

1. Qeyri-məhdud hakimiyyət rejimi.

2. Üstün və əsas olan, bir şeyin başlıca əlaməti, mühüm tərkib hissəsi. □ Dominant cəhət.

Azərbaycan dilinin izahlı lüğəti

donor [donor] isim lat. donare – bağışlamaq, qurban vermək

1. Xəstələrə köçürülmək üçün qanını və ya hansısa orqanını verən adam. □ Donor qanı.

2. Davamlı himayə edən, yardım göstərən. □ Donor təşkilat.

Azərbaycan dilinin izahlı lüğəti

dopinq [dopink'] isim ing. doping < dope – narkotik vermək

İdmançının orqanizminin fiziki gücünü müəyyən dövr üçün saxlayan, sinir sisteminin fəaliyyətini tez və müvəqqəti stimulyasiya edən narkoloji və digər üsullar; bədənə impuls verən müxtəlif stimulyatorlar. □ Dopinq qəbulu.

Azərbaycan dilinin izahlı lüğəti

dosent [dasent] isim lat. docens – öyrədən, təhsil verən

Ali məktəblərdə müəllimlərə verilən elmi vəzifənin adı. □ Dosent adı almaq.

Azərbaycan dilinin izahlı lüğəti

dosye [dasye] isim fr. dossier – iş, məlumat, qovluq

Müəyyən şəxs barədə gizli və ya açıq formada saxlanan məlumatlar və sənədlər toplusu, kadrlar üzrə şəxsi vərəqə, həmçinin bu cür sənədlər toplanmış qovluqlar. □ Səfir haqqında dosye.

Azərbaycan dilinin izahlı lüğəti

dotasiya [datasiya] isim lat. dotatio – hədiyyə

Müəssisə, idarə və təşkilatlara, yaxud ayrı-ayrı istehsalçılara zərərin ödənilməsi, xərc və gəlirlər arasındakı fərqin kompensasiya edilməsi üçün dövlət tərəfindən verilmiş qaytarılmayan pul vəsaitləri; əlavə ödəniş, maddi yardım. □ Dövlət dotasiyası.

Azərbaycan dilinin izahlı lüğəti

dramaturgiya [dramaturgiya] isim yun. dramaturgia < drama – dram + ergon – əmək

1. Dram sənəti. □ Dramaturgiya yaradıcılığı.

2. Dram əsərlərinin məcmusu. □ C.Cabbarlının dramaturgiyası.

3. Ayrılıqda götürülmüş kino və ya teatr əsərinin süjet-kompozisiya əsası. □ Filmin dramaturgiyası.

Azərbaycan dilinin izahlı lüğəti

drenaj1 [drenaj] isim ingilis

Coğrafiya. İqtisadiyyat. İnşaat. Torpağın açıq kanallar vasitəsilə qurudulması, tikintinin özülünün qoyulması üçün bataqlıqların qurudulmasında istifadə olunan kanallar, yeraltı arx və borular sistemi. □ Drenaj sistemi.

drenaj2 [drenaj] isim ingilis

Tibb. Piltə çəkmə, piltə vasitəsilə yaradan irinin çəkilməsi və bu məqsəd üçün tətbiq edilən rezin, ya şüşə boru. □ Drenaj salmaq. Drenaj qoymaq.

Azərbaycan dilinin izahlı lüğəti

dromedar [dromedar] isim yun. dromados (kamelos) < lat. dromedarius – bərkqaçan dəvə

Zoologiya. Birhürgüclü dəvə. □ Dromedar birhürgüclü dəvədir.

Həmçinin bax:

Azərbaycan dilinin izahlı lüğəti

dubl [dubl] isim fr. double – ikiqat

Bir şeyin təkrar edilməsi; filmdə, tamaşada hər hansı epizodun təkrar çəkilişi. □ İkinci dubl.

Azərbaycan dilinin izahlı lüğəti

duel [duyel] isim lat. duellum – müharibə

1. Müəyyən şərtlərlə iki nəfərin bir-biri ilə atışması. □ Duelə çıxmaq.

2. Məcazi mənada: yarış, mübahisə, mübarizə. □ Duel havası.

Azərbaycan dilinin izahlı lüğəti