1. Bir yerdən başqa bir yerə aparmaq, nəql etmək. □ Yük daşımaq. Yeşikləri daşımaq. Daş daşımaq.
2. Üstündə olmaq, daim özü ilə saxlamaq, özü ilə bərabər gəzdirmək. □ Pasportu cibində daşımaq. Silah daşımaq.
3. Məcazi mənada: malik olmaq, sahib olmaq. □ Onlar eyni familiya daşıyırlar.
4. Məcazi mənada: bir şeyi təmsil edən, ehtiva edən, özündə cəmləşdirən. □ Şairin qoşma və gəraylıları dərin dünyəvi mahiyyət daşıyır.
5. İfa etmək, yerinə yetirmək. □ Məsul vəzifə daşımaq.
Həmçinin bax: