Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

daşımaq [daşımax] feil

1. Bir yerdən başqa bir yerə aparmaq, nəql etmək. □ Yük daşımaq. Yeşikləri daşımaq. Daş daşımaq.
2. Üstündə olmaq, daim özü ilə saxlamaq, özü ilə bərabər gəzdirmək. □ Pasportu cibində daşımaq. Silah daşımaq.
3. Məcazi mənada: malik olmaq, sahib olmaq. □ Onlar eyni familiya daşıyırlar.
4. Məcazi mənada: bir şeyi təmsil edən, ehtiva edən, özündə cəmləşdirən. □ Şairin qoşma və gəraylıları dərin dünyəvi mahiyyət daşıyır.
5. İfa etmək, yerinə yetirmək. □ Məsul vəzifə daşımaq.

Həmçinin bax:

frazeologizm: ağırlığını çiynində daşımaq frazeologizm: aranı dağa, dağı arana daşımaq (aparmaq) frazeologizm: dağı arana, aranı dağa daşımaq (aparmaq) frazeologizm: ələklə su daşımaq frazeologizm: xəlbirlə su daşımaq frazeologizm: qəm şələsi daşımaq frazeologizm: məsuliyyət daşımaq frazeologizm: yaxın yerə yük daşımaq Azərbaycan dilinin izahlı lüğəti