1. Sıxılmaq, canı sıxılmaq, bıqmaq, bezmək, təngə gəlmək, narahat olmaq, əsəbiləşmək; ürəyi sıxılmaq, hövsələsizlik göstərmək; özünü çox pis hiss etmək. □ Hər şey üçün adam darıxmaz. Darıxıram, vaxt az qalıb. Qədir kişi bu hörmətlərdən darıxmır, bunu özünün yaxşı işləməsi ilə əlaqədar bilirdi. (Ə.Sadıq).
2. Təngnəfəs olmaq, nəfəsi kəsilmək, boğulan kimi olmaq, hava çatmamaq. □ İstidən adamın ürəyi darıxır.
3. Bir şəxsin, ya şeyin olmadığını iztirab və ürək acısı ilə hiss etmək, bir şəxsi, ya şeyi görməyi, yaxud onunla bir yerdə olmağı həsrətlə arzu etmək. □ Vətən üçün darıxmaq. İş üçün darıxmaq.
1. Acığı tutmaq, hirslənmək, hiddətlənmək, hövsələdən çıxmaq. □ Mehribanı boşadığı üçün olduqca darılmış, Zeynalın belə yersiz hərəkətindən dolayı acıqlanmışdı. (S.Hüseyn).
2. Ürəyi sıxılmaq, kədərlənmək, məyus olmaq, incimək. □ Özünü toxtaq tut bir az; Düşəndə dar günə insan darılmaz. (S.Vurğun).
1. Yırtmaq, dağıtmaq, cırmaqlamaq. □ Oğlunun quldurlar tərəfindən öldürüldüyünü güman edən arvad üz-gözünü darıdı. (Ə.Vəliyev).
2. Bir şeyin üzərinə doluşmaq, toplaşmaq, yığışmaq; qonmaq. □ Qələnin adamı yetdi yarıya; Necə ki qoyuna ac qurd darıya. (Q.Zakir).
3. Bir şeyin üzərinə doluşmaq, toplaşmaq, yığışmaq; qonmaq (bəzən “vücuduna”, “canına” sözləri ilə).
Dialekt. Arxasınca danışmaq, paxıllıq etmək. □ Yazığı darıyıb heç ediblər. Darımaqdan yorulmurlar.
Dialekt. Yayılmaq, düşmək. □ Mala yaman xəstəlik darıyıb.
Azərbaycan dilinin izahlı lüğəti